Xaçmazda dənizə yaxın ərazilər YANDI 

Xaçmazda dənizə yaxın ərazilər YANDI 

Hazırda oxunan: Xaçmazda dənizə yaxın ərazilər YANDI 

124121

Xaçmazda açıq ərazilərdə yanğınlar baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında dənizə yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. 

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, təxminən 1 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hava şəraitinin küləkli olmasına baxmayaraq, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib”, - deyə məlumatda qeyd olunub. 

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə də məlumat daxil olub. 

“Yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək”, - deyə nazirlikdən verilən açıqlamada bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO