Pərvin aldığı 650 minlik avtomobilindən DANIŞDI: “Hələ də pulunu verib, qurtarmamışam” - VİDEO

Pərvin aldığı 650 minlik avtomobilindən DANIŞDI: “Hələ də pulunu verib, qurtarmamışam” - VİDEO

Hazırda oxunan: Pərvin aldığı 650 minlik avtomobilindən DANIŞDI: “Hələ də pulunu verib, qurtarmamışam” - VİDEO

124085

“Avtomobil alandan sonra elə bil düşmənim daha çox artdı. Allah əhatəmdə olanlara on qatını çox versin ki, mənimkində gözləri olmasın. Göz nəzərə gəlməkdən qorxmuram, sadəcə insanların dilinə düşməyi sevmirəm. Bu məsələdə də nömrə birəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “MTV Magazin” verilişinə müsahibəsində deyib. 

650 minlik avtomobilindən söz açan cazibədar aktrisa hələ də aldığı nəqliyyat vasitəsi üçün pul ödədiyini açıqlayıb: 

“Aldığım avtomobilinin pulunu hələ verib qurtarmamışam. Nağd almamışam. Sevdiyim avtomobildir, hər nədirsə, mənimdir. Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Rüşvət verməmişəm, məndən də tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO