Bağ evinin hamamından meyiti tapılan şəxslə bağlı ÖZƏL AÇIQLAMA 

Bağ evinin hamamından meyiti tapılan şəxslə bağlı ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: Bağ evinin hamamından meyiti tapılan şəxslə bağlı ÖZƏL AÇIQLAMA 

124069

Bakıda bağ evində faciə baş verib. Türkan qəsəbə sakini 38 yaşlı Vüsal Nəcəfovun meyiti bağban işlədiyi Zirə qəsəbəsindəki bağ evinin hamamında aşkar edilib. 

Bu barədə məlumatı Bizim.Media-ya mərhumun baldızı Səbinə Mürsəlova verib. Onun sözlərinə görə hadisə ötən gün günorta saatlarında baş verib.

Vüsal Nəcəfovun cansız bədəni bağban işlədiyi evin hamamında aşkar edilib. Səbinə Mürsəlova yeznəsinin dəm qazından boğulduğunu bildirib. O, deyib ki, Vüsal Nəcəfov bağda işlədikdən sonra hamama yuyunmağa keçib, xeyli vaxt ailəsi ondan xəbər tutmayıb. Məlum olub ki, Vüsal Nəcəfov bədbəxt hadisənin qurbanı olub. 

Səbinə Mürsəlova Vüsal Nəcəfovun uzun müddətdir ki, sahibi Əli adlı şəxsin evində çalışdığını deyib. 

Vüsal Nəcəfov bu gün Türkan qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Mərhumun 3 övladı var. 

Xatırladaq ki, Vüsal Nəcəfovanın bacısı, Türkan qəsəbə sakini Səadət Nəcəfovanın 14 yaşında 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha daxil olduğunu və qardaşı ilə bu səbəbdən münasibətlərinin gərginləşdiyini xəbər vermişdik.   
Ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO