Mehdiabadda şagird dərsə gecikdiyi üçün döşəmə sildi – DETALLAR

Mehdiabadda şagird dərsə gecikdiyi üçün döşəmə sildi – DETALLAR

Hazırda oxunan: Mehdiabadda şagird dərsə gecikdiyi üçün döşəmə sildi – DETALLAR

124055

Abşeronda yerləşən 4 saylı məktəbdə qalmaqal baş verib. 

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, Mehdiabad qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə müəllim cəza verib. Burada maraqlı məqam isə cəza olaraq müəllimin (xanım) şagirdə məktəbin döşəməsini sildirməsi olub. 

Eyni zamanda, müəllim şagirdə xəbərdarlıq edib ki, növbəti dəfə gecikmə olsa məktəbin tualetini də sildirəcək. Şagirdin bacısı iddia edir ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Yayılan məlumatlarda müəllim şagirdləri belə cəzalandırmağın həmin məktəbin daxili qaydası olduğunu deyib. 
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, İdarənin əməkdaşları həmin məktəbə gedib:

"Rəhbərlik və əməkdaşlarımız həmin məktəbdədir. Araşdırma aparılır. Əlavə məlumat veriləcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO