Kreditə görə komissiya xərclərinin tutulması qanunidirmi? - İZAH

Kreditə görə komissiya xərclərinin tutulması qanunidirmi? - İZAH

Hazırda oxunan: Kreditə görə komissiya xərclərinin tutulması qanunidirmi? - İZAH

124006

2023-cü ildən etibarən əksər banklar kreditə görə illik faizləri bir qədər aşağı salıb. Amma kreditə görə komissiya xərcləri bu məsələni heçə endirir. 

Mərkəzi Bankın fevral ayı üçün hazırladığı hesabatda bəzi banklar, məsələn ABB, Azər-Türk Bank, AFB bank, Kapitalbank, Rabitəbank və digər bankalar kredit verərkən heç bir komissiya tutmur.

Amma verilən kreditə “Yapı kredi bank” 1.65, Unibank 1-2-3, Bank Respublika 1, Ziraat bank isə 1 faiz komissiya hesablayır. Qəribə burasıdır ki, komissiya hesablayan banklar krediti də yüksək faizlə verir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, qanunvericilikdə bank xidməti anlayışı var:

“Bank xidmətinin də konkret tarifi yoxdur. Bunu banklar özləri müəyyənləşdirirlər. Müştəri ilə kredit müqaviləsi bağlayarkən bəzi banklar komissiyanı kredit faizinin üzərinə gəlirlər. Beləcə, banklar qazanclarının bir hissəsini bəri başdan müştəridən alırlar. Təəssüf ki, bunun hansısa formada tənzimlənməsi mümkün deyil. Yeganə tənzimləmə yolu rəqabətdir. Xarici bankların ölkəmizdə fəaliyyətinə daha çox imkan yaradılsa onda faizlər də, komissiya haqları da daha aşağı olar. Çünki, xarici ölkələrdə bank faizləri bizdəki qədər yüksək deyil. Yəni həm yüksək komissiya haqlarının, həm də kredit faizlərinin aşağı salınmasının tək yolu sağlam rəqabətdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO