Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyə "Konyaspor"unda rəsmi debüt edib.
Bizim.Media xəbər verir ki, 26 yaşlı hücumçu evdə "Giresunspor"a qarşı keçirdikləri Superliqanın XXIV tur oyununa start heyətində çıxıb.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib.
Türkiyə təmsilçisi yayda təcrübəli forvardı birdəfəlik transfer etmək hüququna malikdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:53 / 05.03.2023
Mahir Emreli "Konyaspor"da rəsmi debüt etdi
Hazırda oxunan: Mahir Emreli "Konyaspor"da rəsmi debüt etdi
Hazırda oxunan: Mahir Emreli "Konyaspor"da rəsmi debüt etdi
123918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.