Xətaidə silahlı basqın zamanı öldürülən Rüfət Həşimov dəfn olundu

Xətaidə silahlı basqın zamanı öldürülən Rüfət Həşimov dəfn olundu

Hazırda oxunan: Xətaidə silahlı basqın zamanı öldürülən Rüfət Həşimov dəfn olundu

123882

Dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu dəfn olunub.

Bizim.Media xəbər verir ki, mərhum Bibiheybət qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, martın 4-də polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z.Tağıyev küçəsindəki binaların birində gizlənməsi müəyyən edilib.
O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.

Görülən tədbirlərlə o, zərərsizləşdirilib.

Xatırladaq ki, insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

Mərhum Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO