Çavuşoğlu BMT-nin baş katibinə təşəkkür etdi

Çavuşoğlu BMT-nin baş katibinə təşəkkür etdi

Hazırda oxunan: Çavuşoğlu BMT-nin baş katibinə təşəkkür etdi

123880

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransına ev sahibliyi edən Qətərin paytaxtı Dohada BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

O, Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında göstərdiyi dəstəyə görə BMT-nin baş katibi A.Quterreşə təşəkkür edib.

Mövlud Çavuşoğlu yazıb ki, o, baş katiblə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən "sıfır tullantı" təşəbbüsünü, Ukraynadakı vəziyyəti, eləcə də taxıl dəhlizinin fəaliyyətini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO