Tanınmış yazıçı ABŞ prezidentliyinə namizəd oldu

Tanınmış yazıçı ABŞ prezidentliyinə namizəd oldu

Hazırda oxunan: Tanınmış yazıçı ABŞ prezidentliyinə namizəd oldu

123861

“ABŞ-da baş verən hadisələrdən kədərlənirik, ölkə üçün narahatıq. Biz bilirik ki, ölkə indi bir çox çağırışlarla üz-üzədir. “Ədalətsizlik və qorxu qüvvələrinin” öhdəsindən gəlməyə çalışacağam. Bu gün mən ABŞ prezidentliyinə namizədəm”.

Bizim.Media TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının tərəfdarı olan 70 yaşlı yazıçı Marianna Uilyamson Vaşinqtonda keçirdiyi mitinqdə söyləyib.

O, qeyd edib ki, seçki kampaniyası zamanı diqqəti ABŞ-da qeyri-bərabər gəlir və korrupsiya problemlərinə yönəltmək niyyətindədir.

Marianna Uilyamson ABŞ-da 2020-ci il seçkilərindən təxminən bir il əvvəl də prezidentliyə namizədliyini irəli sürüb. Rəy sorğularına görə, o, ciddi seçici dəstəyi toplaya bilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO