\'\'Rusiya Ermənistana minalanmış ərazilərin xəritəsinə görə təzyiq göstərməlidir\'\' - Korotçenko

\'\'Rusiya Ermənistana minalanmış ərazilərin xəritəsinə görə təzyiq göstərməlidir\'\' - Korotçenko

Hazırda oxunan: \'\'Rusiya Ermənistana minalanmış ərazilərin xəritəsinə görə təzyiq göstərməlidir\'\' - Korotçenko

12384

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”.

Bizim.Media-nın xəbərinə görə, bunu Milli Xəbər Xidməti (Natsionalnaya Slujba Novostey) radiosunda rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri mövzusunda keçirilən Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan ərazisində silahlı erməni olmamalıdır” - Rusiyalı ekspert


Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var:

“Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir.

Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir”. 

Rusiyalı hərbi ekspert əmindir ki, Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsi var:

“Erməni hərbçilər Rusiya hərbi məktəbinin yetirmələridir. Təlimata görə, minalanan ərazilərin xəritələri mütləq tərtib olunur.

Həmin xəritələrin bir nüsxəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılmalıdır. Başqa cür mümkün deyil.

Ona görə də, hesab edirəm ki, beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO