İş adamı Tofiq Heydərov istefa verdi

İş adamı Tofiq Heydərov istefa verdi

Hazırda oxunan: İş adamı Tofiq Heydərov istefa verdi

12383

Tofiq Heydərov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti vəzifəsindən istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı AAAF-ın mətbuat katibi Kənan Məstəliyev yayıb.

Onun sözlərinə görə, T.Heydərov 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb.

K.Məstəliyev bir qrup ağırlıqqaldıranın federasiya prezidenti Cahangir Əsgərova müracətinə də münasibət bildirib.

O, müraciət məktubu ilə tanış olduqlarını söyləyib:

"Əvvəla qeyd edək ki, bu etiraz yox, müraciətdir, bunu da normal qarşılayırıq. Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra hesabat-seçki konfransının keçirilməsi labüddür. Sadəcə, məktubu imzalayanlar informasiyanı tam verməyiblər".

Qeyd edək ki, Tofiq Heydərov 2017-ci ilin dekabrında AAAF-ın vitse-prezidenti seçilib və Azərbaycan millisinin baş məşqçi vəzifəsindən istefa verib.

Hazırda baş məşqçi vəzifəsində Asif Məlikov çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO