Hipermarketdəki silahlı basqında həlak olan Rüfət Vətən müharibəsi İŞTİRAKÇISI OLUB – VİDEO 

Hipermarketdəki silahlı basqında həlak olan Rüfət Vətən müharibəsi İŞTİRAKÇISI OLUB – VİDEO 

Hazırda oxunan: Hipermarketdəki silahlı basqında həlak olan Rüfət Vətən müharibəsi İŞTİRAKÇISI OLUB – VİDEO 

123828

Bu gün Xətai rayonu ərazisində yerləşən “Bravo” supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Vətən müharibəsi iştirakçısı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Həşimov Rüfət Rahib oğlunun 2021-ci ildə “İdman TV”yə verdiyi müsahibədə məlumat verilib.

Belə ki, ailənin yeganə oğlan övladı olan H.Rüfət Vətən müharibəsinin könüllü iştirakçısı olub. O, Füzuli istiqamətində gedən döyüşlərə qoşulub.

Qeyd edək ki, bu gun günorta saatlarında Bakıda marketdə silahlı atışma olub. Hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Hadisə nəticəsində Həsənov Rüfət Rahib oğlu ölüb, 2 şəxs isə xəsarət alıb. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hücumun inkassatorun maşınına olduğu bildirilir. Hadisəni törədən şəxslərin avtomobildəki pulları da oğurladığı deyilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO