Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərdə ən çox qol vuran oyunçuların siyahısını yeniləyib.
Bizim.Media IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı Kriştianu Ronaldu birinci pillədə qərarlaşıb.
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən 38 yaşlı hücumçu karyerası ərzində 709 dəfə fərqlənib.
Fransa PSJ-sinin forvardı Lionel Messi 700 qolla ikinci sıradadır. İlk "3-lüy"ü Braziliya millisinin sabiq üzvü Romario (691) qapayır.
Qeyd edək ki, ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif yarışlarında 713 qola imza atıb.
Hücumçu bunların əksəriyyətini həvəskar çempionatlarda vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:12 / 04.03.2023
Futbol tarixində ən çox qol vurmuş oyunçuların SİYAHISI
Hazırda oxunan: Futbol tarixində ən çox qol vurmuş oyunçuların SİYAHISI
Hazırda oxunan: Futbol tarixində ən çox qol vurmuş oyunçuların SİYAHISI
123765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.