Əbu-Dabidən Bakıya birbaşa UÇUŞLAR - Bu tarixdən 

Əbu-Dabidən Bakıya birbaşa UÇUŞLAR - Bu tarixdən 

Hazırda oxunan: Əbu-Dabidən Bakıya birbaşa UÇUŞLAR - Bu tarixdən 

123724

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air-Arabia” aviaşirkəti Əbu-Dabidən Bakıya birbaşa uçuşları bərpa edir. 

Bizim.Media xəbər verir ki, bu il sentyabrın 13-dən başlayacaq birbaşa uçuşlar Əbu-Dabi Beynəlxalq Hava Limanından həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. 

“Air Arabia”nın baş direktoru Adel Əl Əli deyib:  

“Biz Əbu-Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlamaqdan məmnunuq. Bakı BƏƏ paytaxtından uçuşları genişləndirmək planlarımızda mühüm marşrutdur. Hər iki ölkədə aviasiya və turizm sənayesini dəstəkləyərkən, müştərilərə daha çox seçim, rahatlıq və təkmilləşdirilmiş hava əlaqəsi təmin etmək öhdəliyimizi təsdiqləyir.” 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO