İranda məktəbli qızları kim zəhərləyir? - VİDEO 

İranda məktəbli qızları kim zəhərləyir? - VİDEO 

Hazırda oxunan: İranda məktəbli qızları kim zəhərləyir? - VİDEO 

123653

Çoxsaylı problemlərlə çarpışan İran cəmiyyəti son vaxtlar daha bir müəmmalı məsələ ilə üzləşib.

Bizim.Media xəbər verir ki, söhbət qızların təhsil aldığı orta məktəblərdə şagirdlərin naməlum kimyəvi qaz ilə ardıcıl şəkildə zəhərlənməsi hadisəsindən gedir.

Bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən “Nur” qızlar gimnaziyasında qeydə alınıb.  

Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb, onların təngnəfəslik, əl və ayaq əzələlərinin keyiməsi əlamətləri ilə tibbi yardım mərkəzinə müraciət etdiyi bildirilib. Sonrakı həftələrdə bu cür hallar təkrarlansa da, hakimiyyət orqanları məsələni açıq-aşkar ört-basdır etməyə, bununla bağlı informasiyanın yayılmamasına çalışıblar. İran hakimiyyətinə yaxın mediada bu barədə xəbərlər şayiə kimi təqdim olunub.  

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Şəhriyar Heydəri martın 1-də mətbuata açıqlamasında deyib:

“İndiyə qədər ölkənin müxtəlif bölgələrində 900 şagird zəhərlənməyə məruz qalıb və mən bu məlumatı bu gün mötəbər mənbədən əldə etmişəm”. Bununla bağlı son hadisələr İsfahan Texnologiya Universitetinin qızlar məktəbində və Ərdəbilin bir neçə məktəbində qeydə alınıb. 
Xüsusən Ərdəbildə tibb mərkəzlərinin zəhərlənmiş şagirdlərlə dolu olduğu bildirilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO