Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim olundu - FOTO

Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim olundu - FOTO

Hazırda oxunan: Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabı təqdim olundu - FOTO

123648

Martın 2-də Bakı Kitab Mərkəzində Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının Qarabağa,  tarix boyu onun ətrafında baş verən siyasi-ictimai hadisələrin mahiyyətinə, Azərbaycan və erməni xalqları arasında münasibətlər tarixinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, alimin ailə üzvləri, dostları, dövlət nümayəndələri, ziyalılar, sənət adamları, media mənsubları və bir sıra ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yubilyarın zəngin elmi irsi, pedaqoji və məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında ətraflı danışılıb.

Qonaqlar Hamlet İsaxanlını 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni nailiyyətlər diləyiblər. 

Tədbirdə görkəmli alimin yaradıcılıq və fəaliyyətini əks etdirən kitabların sərgisi də yer alıb.

Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova,   əməkdar artistlər Fərqanə Qasımova, İlahə Əfəndiyeva, Xəzər Universitetinin kamera orkestri, Xalq çalğı alətləri ansamblı gecədə rəngarəng konsert proqramı ilə çıxış ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO