Bakıda işdən çıxarılan 11 həkimlə bağlı YENİ XƏBƏR 

Bakıda işdən çıxarılan 11 həkimlə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Bakıda işdən çıxarılan 11 həkimlə bağlı YENİ XƏBƏR 

123642

Azərbaycanda işdən çıxarılan həkim-reanimatoloqlar həkim-infeksionist vəzifəsinə keçiriliblər.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Belə ki, Nizami Tibb Mərkəzinin 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının həkim-reanimatoloqları Ombudsmana müraciət edərək, işlədikləri müəssisənin TƏBİB-in tabeliyinə verildiyi üçün onlardan işdən çıxmaları və “Nizami Tibb Mərkəzi” publik hüquqi şəxsinə işə qəbul olunmaları barədə ərizə yazmalarının tələb olunduğunu, həmin ərizələri müdiriyyətə təqdim etmələrinə baxmayaraq, uyğun vəzifəyə təyin edilmədiklərini bildiriblər. 
Eyni zamanda, məsələnin araşdırılmasını və əmək hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş ediblər.

Şikayətlə bağlı TƏBİB-ə ünvanlanmış müraciətdən sonra Səhiyyə Nazirliyinin 01.09.2008-ci il tarixli, 119 nömrəli əmrinə dəyişiklik edilməsi barədə 03.06.2015-ci il tarixli, 42 nömrəli əmrinə uyğun olaraq, “Nizami Tibb Mərkəz”ində çalışan on bir anestezioloq-reanimatoloq təhsil sənədlərinə və sertifikasiya şəhadətnamələrinə uyğun olaraq həkim-infeksionist vəzifəsinə keçiriliblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO