Binalarda \

Binalarda \"kupça\"sız mənzillərin satışı qadağan EDİLƏ BİLƏR

Hazırda oxunan: Binalarda \"kupça\"sız mənzillərin satışı qadağan EDİLƏ BİLƏR

123634

Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan ("kupça"sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Belə ki, sənəddə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması təklif edilir.

Xatırladaq ki, Azərbaycanda, xüsusən də Bakı şəhəri və Abşeron rayonu ərazisində bir çox çoxmənzilli yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır.
Həmin mənzillər daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO