Ombudsman Vətən müharibəsi dövründə raket atəşi nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sorğular verib.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Sənəddə bildirilib ki, Ombudsmanın ünvanına mənzil hüququ ilə bağlı daxil olan müraciətlərdə əsasən, Vətən müharibəsi dövründə raket atəşi nəticəsində yaşayış evlərinə dəymiş ziyanın, habelə təbii fəlakətin vurduğu zərərin aradan qaldırılmasında, yaşayış sahəsinin təmirində, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsində köməklik göstərilməsi, güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş əlilliyi olan şəxslərin mənzillə təmin edilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar öz əksini tapıb.
Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılmasında köməklik göstərilməsi ilə bağlı müraciətlər üzrə aidiyyəti dövlət qurumlarına sorğular verilib, müvafiq araşdırmalar aparılıb, zəruri tədbirlər görülüb.
Həmçinin, ötən dövrlərdə baş vermiş təbii fəlakətlər, xüsusilə Şamaxı və Ağsu rayonlarında məlum zəlzələ nəticəsində ev və şəxsi təsərrüfatları tam və ya qismən dağılmış, yararsız vəziyyətə düşmüş ailələrin üzləşdiyi, lakin hələ də davam etməkdə olan problem narahatlıq doğurur.
Göstərilənlər diqqətə alınaraq, müvafiq təmir işlərinin icrasına başlanılması müddəti (tarixi), habelə göstərilən podratçı şirkətlə bağlı məlumat verilməsi barədə Ağsu Rayon İcra Hakimiyyətinə təkrar müraciət edilib.
Araşdırmanın uzun müddət davam etməsinə baxmayaraq, ərizəçi hələ də 2019-cu ildə qəzalı vəziyyətə düşmüş evinin təmir-bərpa işlərinin aparılmasını gözləməkdədir.
Ümumiyyətlə, baş vermiş təbii fəlakətlər nəticəsində fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması üzrə aparılan işlərə, o cümlədən bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarətin artırılması, həmçinin növbəsini gözləməkdə olan evlərdə təmir-bərpa işlərinin aparılması məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması məqsədəmüvafiqdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:32 / 03.03.2023
Vətən müharibəsində evlərə dəymiş ziyanla bağlı VACİB AÇIQLAMA
Hazırda oxunan: Vətən müharibəsində evlərə dəymiş ziyanla bağlı VACİB AÇIQLAMA
Hazırda oxunan: Vətən müharibəsində evlərə dəymiş ziyanla bağlı VACİB AÇIQLAMA
123610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.