Ermənistanın müdafiə naziri istefa VERƏCƏK - Yeni NAMİZƏD

Ermənistanın müdafiə naziri istefa VERƏCƏK - Yeni NAMİZƏD

Hazırda oxunan: Ermənistanın müdafiə naziri istefa VERƏCƏK - Yeni NAMİZƏD

123552

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. 

Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunur. 

Qəzet Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib. 

“Müharibədən sonra məhz Abazyan Azərbaycan tərəfi ilə əsirlərin dəyişdirilməsi, delimitasiya və demarkasiya işləri barədə danışıqlar aparıb və ortaq dil tapıb. Bu isə Paşinyan üçün önəmsiz məsələ deyil”, - qəzet yazır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO