Neftçalada vəzifəli şəxsin korrupsiya əməlləri ifşa olundu

Neftçalada vəzifəli şəxsin korrupsiya əməlləri ifşa olundu

Hazırda oxunan: Neftçalada vəzifəli şəxsin korrupsiya əməlləri ifşa olundu

123449

“Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun  qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

İstintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO