Sputnik Azərbaycanın materialları əvvəlcə Moskvada senzuradan keçirilir – Politoloqlar ittiham edir 

Sputnik Azərbaycanın materialları əvvəlcə Moskvada senzuradan keçirilir – Politoloqlar ittiham edir 

Hazırda oxunan: Sputnik Azərbaycanın materialları əvvəlcə Moskvada senzuradan keçirilir – Politoloqlar ittiham edir 

12337

Son aylar Azərbaycan KİV-nin ən çox istinad etdiyi mənbə “Sputnik Armenia”dır. Qeyd edək ki, mərkəzi Rusiyada olan “Sputnik” agentliyinin postsovet ölkələrinin hamısında, o cümlədən Ermənistan, Gürcüstan daxil Azərbaycanda da bürosu var. Sual yaranır – bəs, niyə biz informasiya üçün “Sputnik Azərbaycan”a yox, “Sputnik Armenia”ya müraciət edirik? 

Bizim.Media bu suala cavab tapmaq üçün politoloqlara müraciət etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Qabrealyanovun “Peqov” maşını yeni təxribatlar hazırlayır - ŞƏRH  

Simonyanın əri Paşinyanı yıxıb sürüdü – VİDEO


Sualıma ilk cavabı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı verdi:



"Əvvəla ondan başlayaq ki, Sputnik saytının mərkəzi ofisi Moskvada yerləşir. Bildiyim qədəri ilə sayta erməni millətinə məxsus olan şəxs rəhbərlik edir. Və bu saytın digər ölkələrdəki nümayəndilikləri var. Məndə olan məlumata görə hazırlanan materiallar əvvəlcə Moskvaya yönləndirilir, orada nəzərdən keçirilir".

Politoloq bildirdi ki, "Sputnik Azərbaycan"da dövlətimizə faydalı, operativ jurnalistlər var və onlar Rusiya mətbuatında Azərbaycan həqiqətlərini yayır:
 

"Amma materiallar Moskvanın razılığı ilə yerləşdirilir. Moskvada olan ermənilər isə xəbərlərin əvvəlcə Sputnik Armenia-da qoyulmasında maraqlıdırlar. Həm də unutmayaq ki, Rusiyada ali vəzifələrdə çalışan ermənilər var.


Erməni lobbisi, diaspor və mediamaqnatların də təsiri görünür. Saytın Ermənistan bürosunun daha sürətli olması Sputnik rəhbərliyinin erməni təəssübkeşiyi ilə bağlıdır", - deyə Niyaməddin Orduxanlı fikrini tamamladı. 

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə qeyd edir ki, "Sputnik” Rusiyanın keçmiş postsovet respublikalarında əsas aparıcı xəbər agentliyidir. Bu da bəzi mətləbləri anlatmış olur".



Siyasi ekspert vurğuladı ki, həmin saytın fəaliyyət göstərdiyi bütün ölkələrədə məqsədi daxili informasiyaları yönləndirmək və daxilə nüfuz etməkdir:
 

"Bu gün Sputnik Armenia-nın fəallığı məhz buna əsaslanır. Rusiyanın Ermənistanın strateji müttəfiqi olması, informasiya sahəsində də özünü göstərir. Hesab edirəm ki, Azərbaycan bölməsi də daha çox iş ortaya qoymalıdır.


Buna baxmayaraq yenə də erməni sevgisi bu agentlikdə də özünü göstərəcək", - deyən Məhəmməd Əsədullazadə Sputnik Azərbaycanla bağlı mövqeyinə nöqtə qoydu.

“Sputnik Azərbaycan” əsas Azərbaycanda təxribatla məşğul olmasın yetər”, deyən ''Yeniçağ'' media qurumunun rəhbəri Aqil Ələsgər isə bildirdi ki, “Sputnik Armeniya” nəşrinin rəhbəri rus vətəndaşı olan erməni Marqarita Simonyan revanşist qüvvələrin adamıdır.



Onun bütün imkan və peşəkarlığı maraqlara xidmət edir, yəni, adam millətçi ermənidir, ondan özümüzə qarşı hansısa obyektivlik gözləmək absurddur:  

“Mənim fikrimcə, əsas “Sputnik Azərbaycan” Azərbaycanda təxribatla məşğul olmasın, qoy elə yerlərində sayıb missiyalarını gec yerinə yetirsinlər”.

Anar Rəhimov, Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO