Zaporojyedə yaşayış binası raketlə vuruldu - Ölənlər və yaralananlar var

Zaporojyedə yaşayış binası raketlə vuruldu - Ölənlər və yaralananlar var

Hazırda oxunan: Zaporojyedə yaşayış binası raketlə vuruldu - Ölənlər və yaralananlar var

123337

Rusiya Silahlı Qüvvələri Ukraynanı bu gecə raket atəşinə tutub, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da yazıb.

O, qeyd edib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb.

“Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirlir” – Zelenski qeyd edib.

“Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər” – Ukrayna Prezidenti əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO