Türkiyənin “TV8” kanalının rəhbəri, iş adamı Acun İlıcalı zəlzələ bölgəsinə yardımlarını davam etdirir.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, o, uşaqlar üçün əyləncə mərkəzi tikəcəyini açıqlayıb.
“Ölkəmizi xaricdə təmsil edən 4 futbolçu qardaşımızla bir layihə haqqında danışdım və çox gözəl mesajlar verdilər. Bunlar Burak Yılmaz, Cengiz Ünder, Çağlar Söğüncü və Enes Ünaldır.
“Acun Medya” olaraq zəlzələ bölgəsi olan Hatayda əyləncə mərkəzi quracağıq. Mərkəzdə uşaqlarımızı sevindirəcəyik, onları bir araya gətirəcəyik. Bunun üçün əlimizdən gələni edəcəyik.
Bizi qürurlandıran bu adlar layihəmizi maddi və mənəvi cəhətdən dəstəkləyir. Onların iştirakı da bizə güc verəcək”, - deyə Acun vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:45 / 02.03.2023
Acun İlıcalıdan zəlzələ bölgəsindəki uşaqlara böyük HƏDİYYƏ
Hazırda oxunan: Acun İlıcalıdan zəlzələ bölgəsindəki uşaqlara böyük HƏDİYYƏ
Hazırda oxunan: Acun İlıcalıdan zəlzələ bölgəsindəki uşaqlara böyük HƏDİYYƏ
123315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.