Tünzalənin ƏRİ:

Tünzalənin ƏRİ: "Sənə qovuşacağım günü gözləyirəm" - FOTO 

Hazırda oxunan: Tünzalənin ƏRİ: "Sənə qovuşacağım günü gözləyirəm" - FOTO 

123284

"16 noyabr 2016-ci il çəkilişindən mənə bu şəkili çəkib atdı ki, Röyal, mən ilk selfimi çəkdim. Elə sevinirdi ki, gözəl, nur üzlü həyat yoldaşım". 

Bizim.Media xəbər verir ki, bu sözləri yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən vəfat edən "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal mərhum xanımının "Instagram" hesabında yazıb.  

Röyal mərhum aktrisanın 7 il əvvəl çəkilən selfisini paylaşaraq, Tünzalə üçün çox daxırdığını bu sözlərlə ifadə edib:

"Bir təbəssüm belə o gözəl insanı xoşbəxt edirdi. Ən kiçik şeylərdən belə xoşbəxt olmağı bacarırdı. İnsan özü-özü ilə nə qədər danışar. Bezmişəm tək danışmaqdan. Rəbbim şahiddir ki, sənə qovuşacaq günü necə gözləyirəm. Hələlik o günə qədər sənin məndə yadigar qalan parçanla davam edəcəyəm".  
Qeyd edək ki, Tünzalə Əliyeva 49 yaşında müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. Onun 6 yaşlı Zəhra adında bir qız övladı var.  


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO