Prezident: “Azərbaycan Qoşulmama Hərəkatının inkişafı naminə səylərini əsirgəməyib”

Prezident: “Azərbaycan Qoşulmama Hərəkatının inkişafı naminə səylərini əsirgəməyib”

Hazırda oxunan: Prezident: “Azərbaycan Qoşulmama Hərəkatının inkişafı naminə səylərini əsirgəməyib”

123265

“Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hərəkatın inkişafı naminə səylərini əsirgəməyib, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşü zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İraq Prezidenti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib. 

Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb. 

Dövlətimizin başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO