Cəlilabadda yol kənarındakı ağaclar kütləvi şəkildə MƏHV EDİLDİ  

Cəlilabadda yol kənarındakı ağaclar kütləvi şəkildə MƏHV EDİLDİ  

Hazırda oxunan: Cəlilabadda yol kənarındakı ağaclar kütləvi şəkildə MƏHV EDİLDİ  

123254

Cəlilabad rayonunun Şiləvəngə kəndində yol kənarında əkilən eldar şamı ağacları kütləvi şəkildə məhv edilib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, ötən ilin sentyabr ayından etibarən Cəlilabad-Yardımlı magistral yolunun Şiləvəngə kəndi ərazisində keçən hissəsində, yolun sağ və sol istiqamətində 5 km-lik məsafədə eldar şamı ağacları əkilib:  

"Həmin ağaclardan müəyyən qədəri naməlum şəxslər tərəfindən qırılaraq, məhv edilib. Artıq məsələ ilə bağlı polisə müraciət olunub".

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, həmin kəndin ərazisində yol kənarında əkilmiş ağaclardan 89 ədədinin naməlum şəxslər tərəfindən qırılması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət daxil olub. Həmin əməli törədən 2 şəxs müəyyən edilib:  
"Faktla bağlı hazırda Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsində əmələ hüquqi qiymət veriləcək".  

Elşən Feyzullayev, Bizim.Media Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO