İrəvan delimitasiya ilə bağlı reqlament layihəsini Bakıya təhvil verib - Paşinyan

İrəvan delimitasiya ilə bağlı reqlament layihəsini Bakıya təhvil verib - Paşinyan

Hazırda oxunan: İrəvan delimitasiya ilə bağlı reqlament layihəsini Bakıya təhvil verib - Paşinyan

123239

İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işi ilə bağlı reqlament layihəsini Bakıya təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə keçirilən "hökumət saatı"nda danışıb.

Onun sözlərinə görə, fevralın 16-da təhvil verilən sülh sazişi layihəsinə Ermənistan hələ də Azərbaycandan cavab almayıb.

"Hələlik cavab yoxdur. Düzdür, bu, bir az vaxt tələb edir. Sülh sazişi ətrafında işin 3 mərhələsi artıq baş tutub. Bu istiqamətdə işlər davam etdirilməlidir. Ermənistan və Azərbaycan nümayəndələrinin şəxsi görüşlərindən asılı olmayaraq sənəd üzərində işlər gedir. Bu, həmişə şəxsi görüş tələb etmir”, - deyə Paşinyan yekunılaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO