238 xilasedicimiz Bakıya qayıtdı - Hava Limanında qarşılanma mərasimi keçirildi

238 xilasedicimiz Bakıya qayıtdı - Hava Limanında qarşılanma mərasimi keçirildi

Hazırda oxunan: 238 xilasedicimiz Bakıya qayıtdı - Hava Limanında qarşılanma mərasimi keçirildi

123228

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 238 nəfərlik qrupu Vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı, səfirliyin müşavirləri, FHN rəsmiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO