Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda İTTİHAM ETDİ 

Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda İTTİHAM ETDİ 

Hazırda oxunan: Rusiya XİN Qərbi Cənubi Qafqaza soxulmaqda İTTİHAM ETDİ 

123160

"Cənubi Qafqazı, sözün əsl mənasında əsas qovşaq region adlandırmaq olar. Çünki burada Ermənistanla Azərbaycanın Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var".

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü Sputnik radiosunun efirində deyib.

O, Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobud adlandırıb. 

Zaxarovanın fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlər daşıyır. 

"Təəssüf ki, uzun illərdir burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - diplomat əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişənin həlli ilə bağlı uğurlu nümunələr yoxdur, əksinə onların təşəbbüsü ilə münaqişələrin sayı artır:

"Heç kim deyə bilməz ki, Qərbin əli, ayağı və ya düşüncəsi dəyən yer daha yaxşı olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO