FIDE reytinqi: Teymur Rəcəbov

FIDE reytinqi: Teymur Rəcəbov "10-luq"da

Hazırda oxunan: FIDE reytinqi: Teymur Rəcəbov "10-luq"da

123142

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, FIDE-nin rəsmi saytında yerləşdirilən reytinqdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenidən ilk “10-luğ"a qayıdıb. 

2747 xalı olan 36 yaşlı qrossmeyster 10-cu pillədə yer alıb. Milli komandanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov 2738 xalla 15-ci yerdə qərarlaşıb.

Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cü yerdədir. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvlərindən Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388) 61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova (2358) 88-ci pillədədir. Qadınların reytinqinə çinli Xou Yifan (2628) başçılıq edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO