157 avtobusun hərəkətində GECİKMƏ

157 avtobusun hərəkətində GECİKMƏ

Hazırda oxunan: 157 avtobusun hərəkətində GECİKMƏ

123127

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 61 müntəzəm marşrut xətti üzrə 157 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur.

Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-24 dəqiqə gecikmə müşahidə olunur.
3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-21 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO