Türkiyənin İstanbul Texnoparkı ilə Azərbaycanın İnnovasiyalar Agentliyi arasında "Yüksək Texnologiyalar sahəsində Əməkdaşlıq" üzrə memorandum imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İnnovasiyalar Agentliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda südçülüyün inkişaf istiqamətləri müzakirə edildi
Məlumata görə, memorandumda tərəflərin gələcək birgə fəaliyyətini əks etdirən bəndlər qeyd olunub.
Əməkdaşlıq çərçivəsində, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması, gənc mütəxəssislərin yetişdirilməsi, eyni zamanda bilik və təcrübələrin paylaşması məqsədi ilə mütəmadi olaraq inkubasiya və akselerasiya proqramları, texnologiya transferi proqramları həyata keçiriləcək.
Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil edilməsi, hər iki ölkədə nümayəndəliklərin və ən əsası isə Qarabağda müştərək yüksək texnologiyalar parklarının yaradılması nəzərdə tutulur.
Bizim.Media