Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına aydınlıq GƏTİRİLDİ 

Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına aydınlıq GƏTİRİLDİ 

Hazırda oxunan: Azərbaycan rəssamlarının əsərlərinin xaricdə satılmasına aydınlıq GƏTİRİLDİ 

123000

“Elə rəsm əsərlərimiz var ki, onları dünyaya çatdırmaq lazımdır. Elə əsərlər də var ki, öz fondumuzda saxlanmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı Azərbaycanın məşhur rəssamlarının əsərlərinin xaricdə satılması ilə bağlı məsələyə toxunan Mədəniyyət Nazirliyi Aparatının Hüquq şöbəsinin baş məsləhətçisi Ülviyyə Fərəcova deyib.

Ülviyyə Fərəcova bildirib ki, rəsm əsərlərinin təqlidi çox böyük vüsət tapıb: “Bilinmir ki, əsərin əslidir, ya kopyası. Bu zaman milli təhlükəsizlik problemi yaşayırıq. Düşünürəm ki, ölkəmizə, xalqımıza məxsus olan əsərlərə daha çox diqqət edilməli və özümüzdə qalmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO