Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır.
Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq.
Ərizə qəbulunun birinci mərhələsi 2023-cü il martın 1-dən 15-dək həyata keçirilir.
Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2023-cü il aprelin 15-dən mayın 5-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:34 / 28.02.2023
Ali məktəb və kolleclərə sənəd qəbulu BAŞLADI
Hazırda oxunan: Ali məktəb və kolleclərə sənəd qəbulu BAŞLADI
Hazırda oxunan: Ali məktəb və kolleclərə sənəd qəbulu BAŞLADI
122939
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.