Mingəçevirdə milli komandanın əsas heyəti müəyyənləşəcək - FOTO

Mingəçevirdə milli komandanın əsas heyəti müəyyənləşəcək - FOTO

Hazırda oxunan: Mingəçevirdə milli komandanın əsas heyəti müəyyənləşəcək - FOTO

122929

Üzgüçülük üzrə Azərbaycan yığma komandası Mingəçevir Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. 

Bizim.Media xəbər verir ki, fevralın 16-dan başlayan hazırlıqlarda 24 üzgüçü və 4 məşqçi iştirak edir. Komanda gündə iki dəfə olmaqla məşqləri davam etdirirlər. 

Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov federasiyanın rəsmi saytına verdiyi məlumata görə, əsas komandaya cəlb olunan üzgüçülər martın 10-11-də Bakı Su İdman Sarayında test yarışları təşkil olunacaq. 

Bu yoxlama yarışları yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO