Bakını içməli su ilə təmin edən ehtiyatlar AZALIB – “Azərsu” ETİRAF ETDİ

Bakını içməli su ilə təmin edən ehtiyatlar AZALIB – “Azərsu” ETİRAF ETDİ

Hazırda oxunan: Bakını içməli su ilə təmin edən ehtiyatlar AZALIB – “Azərsu” ETİRAF ETDİ

122787

Bakının bir sıra ərazilərində içməli su təminatı ilə bağlı problemlər var. Xüsusilə Nərimanov, Suraxanı və bir çox rayonlarda saat 11:00-dan 19:00-dək ümumiyyətlə su kəsilir. Su yalnız fasilələrlə və günün müəyyən hissəsində qrafiklə verilir. Buna səbəb Bakını içməli su ilə təmin edən mənbələrdə problemin yaranmasıdır.

Bununla bağlı Bizim.Media-ya içməli suya həsrət qalan abonentlər şikayətlənib.

Dediklərinə görə problemlə bağlı “Azərsu” ASC-nin “Qaynar xətti” ndən onlara "su ehtiyatımız yoxdur" deyə cavab verilir. Demək ki, mənbələrdə su ehtiyatları tükənib. 

Məsələ ilə bağlı saytımıza danışan “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə “Taxtakörpü-Ceyranbatan” su anbarında ehtiyatlar azalıb:

“Əhaliyə su Oğuz-Qəbələ -Bakı su kəməri ilə verilir. Su anbarları ehtiyatlarını toplamaq üçün bəzi ərazilərdə gündüz və ya gecə saatlarında suyu dayandırırıq. Suraxanı və Xətai istiqamətinə su anbarlarından gecə saat 23:00-dan sonra çıxışı azaldırıq və səhər tezdən güclü nasosları qoşub insanlara su veririk. Məsələn, Günəşli qəsəbəsinin “D” massivi 24 saat su alırdı, indi günorta saatlarında həmin ərazidə suyu dayandırırıq. Tənzimlənən ərazilərimiz var”, - deyə qurum rəsmisi qeyd edib. 

Xatırladaq ki, “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı ötən ilin noyabrında açıqlamalarından birində qeyd etmişdi ki, “Taxtakörpü” su anbarının yaradılması və “Taxtakörpü-Ceyranbatan”dan su xəttinin çəkilməsi ilə artıq Bakı şəhərinin dayanıqlı su təchizatı təmin edilir. O, həmin kəmərin hələ qarşıdakı bir neçə on illikdə Bakının içməli suya artan tələbatını ödəmək imkanlarının olduğunu bildiirmişdi. 

Həmin açıqlamadan 3 ay keçməsinə baxmayaraq “Taxtakörpü-Ceyranbatan” su anbarında ehtiyatların azaldığı məlum olub. 

Məlumat üçün bildirək ki, Azərbaycanda ən böyük infrastruktur layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsindən 13 il ötür. Bu su kəməri Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən ən iri və möhtəşəm layihədir.
Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 3 kubmetr su verilir. Bu layihəyə 780 milyon manat dövlət vəsaiti xərclənib.

Alçina Amilqızı, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO