““Lider” fəaliyyətini dayandırmayıb, biz çalışırıq” – Müflis elan olunan televiziyadan AÇIQLAMA

““Lider” fəaliyyətini dayandırmayıb, biz çalışırıq” – Müflis elan olunan televiziyadan AÇIQLAMA

Hazırda oxunan: ““Lider” fəaliyyətini dayandırmayıb, biz çalışırıq” – Müflis elan olunan televiziyadan AÇIQLAMA

12278

Xəbər verdiyimiz kimi Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Şikayət təmin edilməyib və Lider TV müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.

“Lider” TV-nin “Səda” İnformasiya Departamentinin rəhbəri, jurnalist Vasif Ağamirov Bizim.Media-ya açıqlamasında bildirib ki, kanal öz fəaliyyətini olduğu kimi davam etdirir.

 

MÖVZU İLƏ BAĞLI:

Ali Məhkəmə "Lider” TV-nin şikayətini təmin etmədi


“Əməkdaşlarımız hər gün olduğu kimi öz işlərinin başındadır. İşçilərə hər zaman olduğu kimi əmək haqqları vaxtında ödənilir. Bu hüquqi çərçivədə verilən bir qərardır və televiziyanın fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Biz Milli Televiziya və Radio Şurasının tabeçiliyindəyik və öz fəaliyyətimizi qaldığımız yerdən davam etdiririk”, - deyə o, qeyd edib.

Xatırladaq ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO