Mbappe PSJ tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb

Mbappe PSJ tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb

Hazırda oxunan: Mbappe PSJ tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb

122773

Fransa PSJ-sində çıxış edən Kilian Mbappe klub tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, hücumçu Liqa 1-in XXV turunda “Marsel”lə oyunda dubl etməklə buna nail olub.

Komandasının 3:0 hesablı qələbəsinin memarı olan 25 yaşlı forvard PSJ-nin heyətində bütün turnirlərdəki ümumi qollarının sayını 200-ə çatdırıb və Edinson Kavaninin rekordunu təkrarlayıb. 
Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun kifayət edib. Kavani isə aktivinə 200 qol yazdırmaqdan ötrü 301 matç keçirməli olub.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Liqa 1-də keçirdiyi 21 oyunda 17 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO