Xəbər verdiyimiz kimi, ötən gün müğənni Nigar Camalın avtomobilinə yolda hücum olunub.
Bizim.Media xəbər verir ki, sənətçi başına gələn hadisənin anbaan görüntülərini sosial şəbəkə hesabında paylaşaraq, xoşaqəlməz olaya münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO
“Gördüyünüz 99-RJ-449 KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi.
Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif “tryuk”larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif tryuklar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi.
Yuxarıda görüntüləri də təqdim etmişəm. Mən başa düşmürəm, bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?!
Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər - yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi…”.
Rəşad Əliyev, Bizim.Media