Azərbaycanlı şahmatçı ABŞ-a köçdü

Azərbaycanlı şahmatçı ABŞ-a köçdü

Hazırda oxunan: Azərbaycanlı şahmatçı ABŞ-a köçdü

122599

Vasif Durarbəyli xarici ölkəyə köçüb.

Bizim.Media xəbər verir ki, şahmat millimizin üzvü sosial şəbəkə hesabında birdəfəlik ABŞ-a köçdüyünü yazıb:

“Həyatımın yeni fəslinin başlanması doğum günümə təsadüf etdi. Bundan öncə, 2014-cü ildə təhsillə bağlı Sent-Luisə yollanmış və 2019-da bəzi məqsədlərimi icra etmək üçün dönmüşdüm. 5 il ərzindəki təcrübəmin məni bir fərd kimi yaxşıya doğru dəyişdiyi qənaətindəyəm. Görək, bu dəfə məni həyat nələrlə qarşılaşdıracaq və öyrədəcək!

Ötən dəfədən fərqli olaraq Azərbaycana məskunlaşmaq üçün qayıdacağıma əmin deyiləm. İstənilən halda, məni sevənlərin və sevməyənlərin narahat olmasına ehtiyac yoxdur. Bir ayağım burda olacaq”.
Qeyd edək ki, Vasif Durarbəyli son iki Azərbaycan çempionatının qalibidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO