Mahir Emrelinin komandası darmadağın oldu

Mahir Emrelinin komandası darmadağın oldu

Hazırda oxunan: Mahir Emrelinin komandası darmadağın oldu

122593

Türkiyə Superliqasında 23-cü turdan təxirə salınmış matçlar keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" "Fənərbaxça" səfərinə yollanıb.

Konya klubu rəqibinə 0:4 hesabı ilə uduzub.

Emrelinin bu oyunda iştirak etməməsi baş məşqçinin ona şans verməməsi ilə bağlı deyil.

Türkiyə Futbol Federasiyasının qərarına əsasən, hər iki tərəf fevralın 6-dan sonra kollektivdə cəlb edilmiş heç bir futbolçunun xidmətindən bu oyunda istifadə edə bilməzdi.

Digər oyunda isə "Giresunspor" evdə "Kayserispor"a 2:1 qalib gəlib.

25 fevral

"Fənərbaxça" - "Konyaspor" - 4:0

Qollar: Valensiya 13 (pen0, 45+6, Kinq 61, Şalai 78)

Qırmızı vərəqə: Diouf, 22 ("Konyaspor")

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO