Bərdədə avtoşluq edən sürücü HƏBS EDİLDİ – VİDEO 

Bərdədə avtoşluq edən sürücü HƏBS EDİLDİ – VİDEO 

Hazırda oxunan: Bərdədə avtoşluq edən sürücü HƏBS EDİLDİ – VİDEO 

122574

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Bərdə rayonu ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Bizim.Media xəbər verir ki, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi VAZ-2107 markalı avtomobillə xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı pozan rayon sakini Səməndər Xanoğlan oğlu Muradov saxlanılıb.

Polis əməkdaşları tərəfindən Səməndər Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum olunub və 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO