Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkar edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri - Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib.
Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:06 / 25.02.2023
Qəbələdə qanunsuz yolla ağac kömürü istehsal edənlər saxlanıldılar - FOTO
Hazırda oxunan: Qəbələdə qanunsuz yolla ağac kömürü istehsal edənlər saxlanıldılar - FOTO
Hazırda oxunan: Qəbələdə qanunsuz yolla ağac kömürü istehsal edənlər saxlanıldılar - FOTO
122564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.