Qəbələdə ana və övladı ZƏHƏRLƏNDİ - TƏFƏRRÜATLAR 

Qəbələdə ana və övladı ZƏHƏRLƏNDİ - TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Qəbələdə ana və övladı ZƏHƏRLƏNDİ - TƏFƏRRÜATLAR 

122436

Bir neçə saat əvvəl Qəbələnin Zarağan kənd sakinləri olan iki qadın dərmandan zəhərlənmə diaqnozu ilə mərkəzi xəstəxanaya yerləşdirilib.  

Bizim.Media-ya Qəbələ rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, qəsəbə sakinləri, 34 yaşlı Səfagül Rzayeva və qızı, 8 yaşlı Nuray Rzazadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.  

İlkin tibbi müayinə və müdaxilədən sonra ana və qızının vəziyyəti kafiləşib. Onlarla aparılan söhbət və analizlərdən sonra bəlli olub ki, Səfagül və Nuray həşərata qarşı dərmandan zəhərləniblər. Hər iki qadına müalicə təyin edilib və həkim nəzarəti altında tibbi proseslər davam etdirilir.  
Qadınların hansı səbəbdən həşarat dərmanından istifadə etməsi isə ayrıca təhqiqat mövzusu olduğundan məsələ ilə əlaqədar rayon polis şöbəsində araşdırmalar başlanılıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO