Almaniyada Gəncə terroruna etiraz edildi

Almaniyada Gəncə terroruna etiraz edildi

Hazırda oxunan: Almaniyada Gəncə terroruna etiraz edildi

1224

Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş edib.

Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, yürüş Ermənistan ordusunun  Gəncədəki təcavüzünə etiraz olaraq təşkil edilib.

Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, Ermənistanın bəynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.

Yürüş iştirakçıları müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarlar səsləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO