Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayıb orada modellik fəaliyyətini uğurla davam etdirən Günay Musayeva Tanzaniyaya yollanıb.
Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl doğum gününü Zanzibarda qeyd edən model bu gün Tanzaniyanın ən məşhur təbiət qoruqlarından biri olan “Ngorongoro Park”ına gedib.
Musayeva sözügedən parkın biliciləri ilə bərabər avtomobillə gedərkən, ətrafda gəzən şir sürüsünə rast gəlib.
Vəhşi sürüsü Günayın olduğu avtomobilə yaxınlaşaraq yerdə uzanıblar. Sözügedən görüntüləri isə model sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
37 yaşlı Günay Musayeva Tanzaniyanın əsrarəngiz təbiətinə aşiq olduğunu bildirib.
Rəşad Əliyev, Bizim.Media