Bakıda gənc qadını qaçıranlar SAXLANILDI - RƏSMİ 

Bakıda gənc qadını qaçıranlar SAXLANILDI - RƏSMİ 

Hazırda oxunan: Bakıda gənc qadını qaçıranlar SAXLANILDI - RƏSMİ 

122372

Gənc xanıma qarşı zorakılıq edən şəxslər saxlanıldı. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qızın QAÇIRILMA ANI - ANBAAN VİDEO


Açıqlamada qeyd olunub ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Verilən rəsmi məlumata görə, ailə üzvləri qadını İmişli rayonuna aparmaq istəyiblər.  

Qeyd edək ki, Bakıda gənc xanımın qaçırılması il bağlı xəbərlər yayılıb. 

Məsələ ilə əlaqədar Bizim.Media-nın sorğusuna cavab olaraq¸ DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, görüntülər araşdırılıb:

“Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu ər, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar. Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib. Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Görüntülərdə 3 nəfərin qızı zorla "Opel" markalı avtomobilə mindirdiyi görünür.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO