Özbəkistandan olan 50 yaşlı erməni Tiqran Xaçikyan Sankt-Peterburqun mərkəzində, "Qostiniy Dvor" metro stansiyasının yaxınlığında “OMON” zabitlərinə atəş açıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, insident zamanı zabitlərdən biri yaralanıb.
Xaçikyan avtomobilində musiqinin səsini ucaldıb. Bu zaman Rusiya Qvardiyasının zabitləri ona yaxınlaşıb. Erməni isə onlara “Qaçın!” deyib. Təhlükəsizlik əməkdaşlarından biri Xaçikyanı saxlamağa çalışsa da, cinayətkar ov tüfəngini çıxararaq ona bir neçə dəfə atəş açıb.
Hazırda zərərçəkmiş əməliyyat olunur. Həkimlər ona qarın, bel və çanaq nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu qoyublar.
Bizim.Media