Qərb bölgəsində intensiv qar YAĞIR - FOTO

Qərb bölgəsində intensiv qar YAĞIR - FOTO

Hazırda oxunan: Qərb bölgəsində intensiv qar YAĞIR - FOTO

122291

Dünən gecə saatlarından başlayaraq qərb bölgəsinin dağlıq ərazilərinə qar yağıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gədəbəydə ucqar kəndlərə 10-15 sm, həmçinin, Göygöl rayonunda da güclü qar yağıb.

Ən çox qar Daşkəsən rayonunda qeydə alınıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Daşkəsən şəhərində yağan qarın qalınlığı 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb. Daşkəsən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir. 
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.


Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO